Beyləqanda karantin qaydalarının pozulduğu toylar aşkar edilib
23-07-2021, 06:55. Разместил: heqiqet
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı “Toğrul Palace” şadlıq sarayında təşkil edilən toy məclisinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi, fərdi yaşayış evində keçirilən digər bir toy məclisində isə qonaqların sayı normadan artıq olduğu aşkar edilib.
Qayda pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.
Вернуться назад