Venesuela rəqəmsal valyuta işə salacaq
6-08-2021, 06:58. Разместил: heqiqet
Bu barədə ölkənin Mərkəzi Bankı bildirib.
Qeyd olunur ki, rəqəmsal bolivarlarda kağız əskinaslarla müqayisədə 6 sıfır az olacaq.
Eyni zamanda, qeyd olunur ki, rəqəmsal valyutanın tətbiqi bolivarın məzənnəsinə təsir göstərməyəcək
Qeyd edək ki, son bir neçə il ərzində Venesuelada hiperinflyasiya yaşanır. 2019-cu ildə ölkədə inflyasiya səviyyəsi 9 600 faiz, 2020-ci ildə 3 min faizə yaxın olub.
Вернуться назад