Haitidə üç günlük matəm elan edilib
17-08-2021, 07:55. Разместил: heqiqet
Bu barədə baş nazir Ariel Anri dövlət televiziyasının efirində bildirib.
14 avqust səhər Haitidə 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri, təxminən 125 min nəfər əhalisi olan Le-Ke kommunasından 40 km aralıda, mərkəz 10 km dərinlikdə yerləşib. Rəsmi məlumatlara görə, 1419 nəfər ölüb, 6,9 mindən çox adam yaralanıb.
Вернуться назад