DataLife Engine > siyaset / gundem > Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb

Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb


18-08-2021, 06:43. Разместил: heqiqet Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb Dünən Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisinə səfər çərçivəsində Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarla görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, regional təhlükəsizlik, ikitərəfli münasibətlər, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Вернуться назад