DataLife Engine > idman > "Yuventus" İtaliya çempionatında "Udineze" ilə heç-heçə oynadı

"Yuventus" İtaliya çempionatında "Udineze" ilə heç-heçə oynadı


23-08-2021, 08:47. Разместил: heqiqet "Yuventus" İtaliya çempionatında "Udineze" ilə heç-heçə oynadı Futbol üzrə İtaliya çempionatının ilk turunda Turinin "Yuventus" klubu "Udineze" ilə heç-heçə oynadı.
2:2 hesabı ilə bitən görüş Udin şəhərindəki "Dacia Arena"da keçirilib.
"Yuventus"dan qolları Paolo Dibala (3-cü dəqiqə) və Xuan Kuadrado (23), "Udineze"dən isə Roberto Pereyra (51 - penaltidən) və Jerar Delofeu (84) vurublar. Matça əlavə olunan dördüncü dəqiqədə Kriştianu Ronaldonun qolu hakim videoassistenti (VAR) sistemindən istifadə edildikdən sonra ləğv olundu.
Növbəti turda "Yuventus" 28 avqustda öz meydanında "Empoli" ilə oynanılacaq, "Udineze" bir gün əvvəl "Venesiya"nı qəbul edəcək.
Вернуться назад