Azərbaycan elminin beynəlxalq aləmdə nüfuzu
23-08-2021, 10:42. Разместил: heqiqet
Azərbaycan Dövlət Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının xarici elmi əlaqələri olduqca genişdir. Əməkdar elm xadimi, Şöhrət ordenli, Rusiya Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, professor Vaqif Şadlinskinin yaratdığı elmi məktəbin nümayəndələri öz ustadlarının rəhbərliyi altında bu əlaqələri genişləndirir, beynəlxalq səviyyəli konfrans və simpoziumlarda geniş və hərtərəfli çıxışları ilə uğurlar qazanırlar. 44 günlük müharibə dövründə professor V.B.Şadlinski dünya alimlərinə etdiyi çağırış, erməni faşistlərinin etdiyi vəhşilikləri ifşa edən çıxışı bir sıra dövlətlərin alimlərinin Vətənimizə, haqq mübarizəmizə dəstək verməsi ilə nəticələndi. Anatomlarımızın tədqiqatları nüfuzlu jurnallarda çap olunur, elə bir gün olmur ki, onlar müxtəlif beynəlxalq tədbirlərdən və dərgilərdən dəvərlər almasın.
Belə tədqiqatların qürurverici xəbəri yaxın günlərdə alınmışdır. “Reaviz” Samara Tibb Universitetinin Morfoloji problemlər üzrə elmi-tədqiqat laboratoriyasının müdiri, “Морфологические ведомости” beynəlxalq elmi jurnalının redaktoru, tibb üzrə elmlər doktoru, professor İ.İ.Markovun və Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Babayeva Ramilə Emil qızının müəllifi olduğu “Структурная организация лимфатического русла стенки кишечника” adlı atlas-dərs vəsaiti Rusiya Federasiyasında nəfis surətdə çap olunmuşdur.
Atlas limfologiyanın ən mürəkkəb problemlərindən birinə, yəni limfa cərəyanının mikrostrukturlarına həsr olunmuşdur. Dərs vəsaiti tibbi və bioloji fənlər üzrə təhsil alan tələbələr üçün,doktorantlar,müəllimlər və elmi işçilər üçün nəzərdə tutulmuşdur və artıq müsbət rəylərlə qarşılanmışdır.
Вернуться назад