İxracda yeni qaydalar - AQTA rəsmisi şərtləri açıqlayır
9-09-2021, 06:46. Разместил: heqiqet
Trend-in suallarını bu dəfə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) aparat rəhbəri Elxan Mikayılov cavablandırıb.
AQTA rəsmisi son aylarda Azərbaycandan xarici ölkələrə bir sıra meyvə-tərəvəz məhsullarının ixracında yaranan problemlərə toxunub, çətinliklərin artıq aradan qaldırıldığını bildirib. E.Mikayılov həmçinin Rusiya Federasiyası və digər ölkələrin meyvə qəbulu üçün tətbiq etdiyi yeni qaydalara aydınlıq gətirib, xüsusən də tumlu, çəyirdəkli meyvələrin idxalı üçün tələb olunan şərtləri açıqlayıb.
Aparat rəhbəri sahibkarlar və fermerlər üçün olduqca əhəmiyyət kəsb edən, ixracatçıları maraqlandıran suallara cavab verib, ümumiyyətlə idxal-ixrac prosesində yaranan yeni çağırışları, qayda və şərtləri izah edib.
Вернуться назад