Messi Pelenin rekordunu qırıb
10-09-2021, 08:25. Разместил: heqiqet
L.Messi Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Boliviyaya 3 qol vuraraq Cənubi Amerika futbolçuları arasında ən çox qol vuranlar siyahısında birinci pilləyə yüksəlib.
Argentinalının qollarının sayı 79-a çatıb. Pele 77 qolla sözügedən siyahıda ikinci yerə düşüb.
Qeyd edək ki, Pelenin 91 oyunda təyin etdiyi rekordunu qırmaq üçün Messiyə 153 oyun lazım olub.
Вернуться назад