Koronavirusla mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
8-10-2021, 08:02. Разместил: heqiqet
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən noyabrın 1-dək Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə ödəniləcək.
Bundan əvvəl müddət sentyabrın 1-dək nəzərdə tutulmuşdu.
Вернуться назад