DataLife Engine > idman > Azərbaycan Premyer Liqasının X turu “Zəfər turu” adı altında keçiriləcək

Azərbaycan Premyer Liqasının X turu “Zəfər turu” adı altında keçiriləcək


29-10-2021, 07:54. Разместил: heqiqet Azərbaycan Premyer Liqasının X turu “Zəfər turu” adı altında keçiriləcək Azərbaycan Premyer Liqasında növbəti tur “Zəfər turu” adı altında keçiriləcək.
Bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.
Qeyd olunub ki, 2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğalda olan torpaqlarını azad etdi. Şanlı qələbəmizdən sonra 8 Noyabr ölkəmizdə “Zəfər Günü” olaraq təsis edilib.
Peşəkar Futbol Liqası qələbəmizin ildönümü münasibətilə Premyer Liqanın X turunun “Zəfər turu” elan edilməsi barədə qərar qəbul edib.
Вернуться назад