COVID pasportu olmayan 100-ə yaxın qonaq toya buraxılmayıb
3-11-2021, 06:47. Разместил: heqiqet
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, monitorinq 54 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 96 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Вернуться назад