DataLife Engine > sosial / gundem > Hava dəyişəcək: rayonlarda qar, leysan gözlənilir

Hava dəyişəcək: rayonlarda qar, leysan gözlənilir


3-11-2021, 06:54. Разместил: heqiqet Hava dəyişəcək: rayonlarda qar, leysan gözlənilir Azərbaycanın rayonlarında hava şəraitinin dəyişəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, noyabrın 3-ü gündüzdən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Вернуться назад