Millət vəkili Rəşad Mahmudov Vergi Məcəlləsində edilən dəyişikliyin əhəmiyyətindən danışdı
19-11-2021, 09:00. Разместил: heqiqet
"Müzakirəmizə çıxarılan bugunkü "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun layihəsinihəssas qrupları və həssas mövzuları özündə ehtiva edən bir layihə kimi qiymətləndirirəm. Düşünürəm ki, millət vəkilləri də bu dəyişikliklərə qiymət verəcəklər". Bu sözləri Milli Məclisin noyabrın 17-də keçirilən iclasında "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunda layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Rəşad Mahmudov söylədi. O, bildirdi ki, xüsusən, səhiyyə sahəsində bəzi dəyişiklikləri özündə əks etdirən bir məsələyə diqqəti çəkmək istəyirəm. Bu gün ölkəmizdə başlamış hər kəsə məlum olan bir səhiyyə islahatları var; icbari tibbi sığortanın 2018-ci ildən vüsət alan və 2021-ci ilin aprel ayından başlamış işləri davam etməkdədir. Hər bir ölkədə bu dönəm ağrılı olur, çətinliklər olur, amma Azərbaycan dövləti də dövlətçiliyidə hər bir vətəndaşın sağlamlığının ən yüksək səviyyədə təmin edilməsi üçün üzərinə düşən məsuliyyətin fərqində olmaqla, bütün dövlət qurumları bu çətinliklərin öhdəsindən gələcəyindən əmindir. Bu yolda lazım olan addımlar atılır. Burada biz sözügedən qanun layihəsində xüsusən, yüksək məbləğ tələb edən cərrahiyyə əməliyyatlarının istər ölkəmizdə, istətsə də xarici ölkələrdə tətbiqi ilə əlaqədar vergi güzəştlərini görməkdəyik.
Millət vəkili diqqətə çatdırdı ki, Heydər Əliyev fondu tərəfindən və bu Fond hələ yarandığı 2004-cü ildən bu günə qədər bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də 10 minlərlə insanlara köməklər göstərilmişdir. Kömək sadəcə maddi yardım deyil, bu həm də Azərbaycanda yeni bir ənənənin başlanğıcı demək idi. Bu gün dövlətin imkanları daxilində həlli mümkün olmayan bəzi xəstəliklərin ölkədə və ya xaricdə geniş bir şəkildə müalicələri tətbiq olunur. Onun biz şahidiyik və o ağrını yaşayan ailələrə edilən bu yardımlarına görə də bu gün dövlətin ortaya qoymuş olduğu bu dəyişiklərlə güzəştlərin həyata keçirilməsi bir az da bizləri bir-birimizə daha sıx bağlayaraq, çətin günümüzdə bir birimizə kömək etmək imkanlarını yaradacağına əminəm. Ona görə fürsətdən də istifadə edərək Heydər Əliyev Fondu başda olmaqla, bu yolda, bu günə qədər insanların ağrısını hiss edərək onlara kömək edən bütün qurumlara, bütün xeyriyyəçilərə həkim kimi öz təşəkkürümü bildirmək istəyirəm. Fürsətdən istifadə edərək vergi məcəlləsində olan dəyişikliklərlə birlikdə gələcəkdə ehtiyacı daha əvvəldə dilə gətirilən bir məqamı da komitə sədri Tahir müəllim Mirkişilinin timsalnda xüsusilə, iqtisadi bloka çatdırmaq istəyirəm, hamımıza məlumdur ki, səhiyyə islahatları özlüyündə sadəcə Səhiyyə sahəsində deyil, səhiyəyə iqtisadi baxışda da islahatlara ehtiyac duyur bunların da başında bu gün ölkədə səhiyyə ocaqlarının çətinlik çəkdiyi bir sahəni də, bir məqamıda diqqətinizə çatdırmaq istəyirəm.
"Bu gün ölkədə 4 fərqli sistemlə işləyən səhiyyə qurumları mövcuddur. Bunların 1-si Təbibin nəzdində olan hansıkı, vergi olaraq 1 faizlik bir ƏDV və digər vergilərdən azad edilmiş bir mexanizimlə işləyir. Bunun xaricində səhiyyə nazirliyi tabeçiliyində olan qurumlar var, fərqli-fərqli dövlət qurumlarının nəzdində olan səhiyyə qurumları var və eləcə də özəl müəssisələr var.
Nəzərinizə çatdırımaq istəyirəm ki, bunlarda istər ƏDV, istərsə də mənfəət vergisi, qazanc vergisi bütün bu məsələlərlə əlaqədar ciddi fərqlər mövcuddur və bu qanunvericilikdə vaxtaşırı aparılan dəyişikliklər əfsuslar olsun ki, bu qurumların hamımıza eyni sahə üzrə xidmət göstərməklərinə baxmayaraq aralarında vergi ödəmələrində böyük bir fərqlərin yaranmasına səbəb olur. Ona görə də mən fürsətdən istifadə edərək bu gün başlamış islahatların daha effektiv bir şəkildə həyata keçirilməsi üçün var olan bu məqamın diqqətlə araşdırılaraq lazım olan dəyişikliklərin gələcəkdə aparılması üçün addımların atılmasını xahiş edəcəyəm və bir daha bu gözəl dəyişiklikləri sadəcə səhiyyə sahəsində deyil, vergi məcəlləsində bütün sahələrdə olan dəyişiklikləri yüksək qiymətləndirirəm"-deyə, millət vəkili sözügedən məcəllədə dəyişikliyin əhəmiyyətini diqqətə çatdırdı.
Вернуться назад