DataLife Engine > siyaset > Telekanallarımız bu işlərin öhdəsindən gələ bilmir - Deputat

Telekanallarımız bu işlərin öhdəsindən gələ bilmir - Deputat


30-11-2021, 07:54. Разместил: heqiqet Telekanallarımız bu işlərin öhdəsindən gələ bilmir - Deputat "Bu gün məni narahat edən məsələ narkomaniyadan əziyyət çəkən insanlara tibbi xidmətin vəziyyətinin nə səviyyədə olmasıdır. Onlara müalicə göstərə bilirlərmi?! Bu sahədə vəziyyət necədir?!"
Bu fikirləri parlamentin Səhiyyə komitəsi və Ailə qadın və uşaq məsələləri komitəsinin birgə keçirdiyi dinləmələrdə çıxışı zamanı deputat Əhliman Əmiraslanov bildirib.
Deputat bu suallara cavab almalı olduğumuzu qeyd edib:
"Təhsil müəssisələri ilə daha ciddi işləməliyik. Bu sahədə böyük problem var. Bizim televiziya kanallarımiz media bu işlərin öhdəsindən gələ bilmir. Televiziya kanallarımızda hər şeyə vaxt tapırıq amma bu məsələyə vaxt ayırmırıq. Hər birimiz bu böyük bəla ilə ciddi mübarizə aparmasaq, hər birimizin qapısını döyəcək"

Вернуться назад