Ağstafada 20 yaşlı gənc dayısı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb
15-12-2021, 06:17. Разместил: heqiqet
Ağstafa Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Köçəsgər kənd sakini 1998-ci il təvəllüdlü Əli Əsgərovun yaşadıqları kəndin ərazisindən keçən su kanalının yaxınlığında dayısı oğlu Çingiz Vəlizadə ilə şəxsi münasibətlər zəminində aralarına yaranmış mübahisə zamanı bıçaqla sonuncuya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əli Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Вернуться назад