Vitse-spiker Adil Əliyev: “Prezidentin EL Pais nəşrinə müsahibəsi hücum diplomatiyamızın ictimai diplomatiya istiqamətindəreallaşdırılmasıdır”
20-12-2021, 07:59. Разместил: heqiqet
Birincisi, İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, milli maraqlarımızın fəal müdafiəsi üçün biz hücum diplomatiyası yürütməliyik. Müasir diplomatiyada ictimai diplomatiya adlanan istiqamət bu mənada böyük əhəmiyyət kəsb edir. İctimai diplomatiyanın məğzi ondan ibarətdir ki, onun vasitəsilə ölkənin maraqları xarici auditoriyalara və beynəlxalq ictimaiyyətə effektiv surətdə çatdırılır. Nəticədə xarici ictimai rəydə ölkənin milli maraqları haqqında dürüst fikir yaranır və mahiyyət etibarilə beynəlxalq dəstək əldə edilir. Azərbaycanın isə belə pozitiv beynəlxalq ictimai rəyə və dəstəyə hazırki şəraitdə xüsusilə ehtiyacı var. Bu, Vətən müharibəsində əldə etdiyimiz qələbənin nəticələrini beynəlxalq müstəvidə möhkəmləndirmək üçün zəruridir. El Pais qəzeti ispan və ingilis dillərində yayımlanan və təkcə İspaniyada deyil, həm də bütün Avropada geniş oxucu kütləsi olan nəşr olduğu üçün Avropa ictimaiyyətinə çıxış baxımından yaxşı platforma hesab olunur. Prezident İlham Əliyev də bu fürsətdən tam yararlanaraq hücum diplomatiyamızı ictimai diplomatiya müstəvisində növbəti dəfə tətbiq etdi.
İkincisi, bu müsahibə informasiya sferasında fəaliyyətimizin beynəlxalq istiqamətinə əla töhfədir. Müsahibə zamanı cənab Prezident Azərbaycan həqiqətlərinin, xüsusən post-müharibə dövründə yaranmış yeni reallıqların və ölkəmizin mövqeyinin beynəlxalq ictimaiyyətə birbaşa və açıq şəkildə çatdırılmasına nail oldu. Son dövrdə Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı insidentlər, sərhədlərin açılması və Ermənistanla böyük sülh sazişinə dair danışıqların başlaması ilə bağlı suallara cavab verərkən Azərbaycanın haqlı mövqeyi ortaya qoyuldu. Prezident İlham Əliyev bir daha sülh mesajı verərək bildirdi ki, “yetərincə müharibə oldu, biz sülh istəyirik”.
Üçüncüsü, El Pais nəşrinin Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevdən müsahibə alması Avropada ölkəmizə göstərilən maraq və verilən əhəmiyyətin təzahürüdür. Jurnalist tərəfindən sualların qoyuluşu və ifadə tərzi dəhəmin maraq və əhəmiyyətdən xəbər verirdi. Xüsusən də Vətən müharibəsində qələbəmizlə nəticələnmiş hərbi strategiyamızın detalları ilə bağlı suallar Azərbaycana Avropada verilən əhəmiyyəti göstərirdi. Jurnalistin İsrail və Türkiyə istehsalı olan dronların Vətən müharibəsində tətbiqi ilə bağlı sualına İlham Əliyevin verdiyi cavab göstərdi ki, qələbə təkcə dronların sayəsində deyil, dronların digər hərbi texnika ilə koordinasiyalı şəkildə düzgün istifadəsinin və mükəmməl hərbi strategiyanın nəticəsidir. O, xüsusilə vurğuladı ki, “motivasiya, ruh yüksəkliyi və cəsarət qələbəmizin əsas amili oldu. Bu, milli ləyaqət və qürur məsələsi idi”.
Prezident İlham Əliyev onu da bildirdi ki, Ermənistan “bütün beynəlxalq təşkilatların sənədlərinə zidd olaraq bizim torpaqlarda oturmuşdu, torpaqlarımızı dağıdırdılar, iddia edirdilər ki, bu torpaq onlara məxsusdur. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti - onların hamısı bizi dəstəkləyən qətnamələr qəbul etmişdi, lakin onlar, sadəcə orada oturmuşdular və bəyan edirdilər ki, həmişəlik orada oturacaqlar”. Beləliklə, İlham Əliyev bu fürsətdən istifadə edərək Avropa ictimaiyyətinin diqqətinə çatdırdı ki, qələbəmiz Avropa mediasında adətən təqdim edildiyi kimi təkcə dronların hesabına baş verməmişdir. Daha önəmli amil xaqlımızın motivasiyası və ruh yüksəkliyidir ki, bunun da səbəbi Ermənistanın torpaqlarımızı işğal etməsi ilə 30 il ərzində barışmamağımızdır.
Вернуться назад