DataLife Engine > medeniyyet > Mason olan, kirayədə yaşayan, evində Budda heykəli saxlayan türk aktyor

Mason olan, kirayədə yaşayan, evində Budda heykəli saxlayan türk aktyor


12-05-2015, 11:07. Разместил: heqiqet Mason olan, kirayədə yaşayan, evində Budda heykəli saxlayan türk aktyor
Mayın 8-də məşhur türk aktyor və rejissoru Zəki Alasya 72 yaşında həyatla vidalaşdı. Kulis onun həyatı haqqında maraqlı faktları təqdim edir.

“Dəvəquşu Kabare”dən başladı

Əslən Kıbrısdan olan Zəki Şenol Alasya 1943-cü il aprelin 18-də İstanbulda dünyaya göz açıb. Kıbrısdan olan Məhməd Kamil Paşanın qardaşı oğludur. Robert Kollecindən məzun olan Alasya sənət həyatına 1959-cu ildə Milli Türk Tələbə Birliyi teatrında həvəskar olaraq çalışmaqla atılıb. Burada bir müddət dekorator və rəhbər olub. 1964-cü ildən isə “Arena Teatrı”nda professional aktyorluğa başlayıb. Burada “Mister Nato”, “Qarğalar məktəbi”, “Şampan və viski” oyunlarında rol alıb.

1965-ci ildə Ülvi Uraz Teatrında çalışdıqdan sonra 1967-ci ildə Haldun Tanər, Mətin Akpınar və Əhməd Gülhan ilə birlikdə “Dəvəquşu Kabare Teatrı”nın qurucularından biri olur. Onlar ictimai və siyasi oyunlara xüsusi yer verirdi. Teatr özünəməxsus üslubuyla geniş tamaşaçı kütləsinin marağına səbəb oldu. 1978-ci ildə Haldun Tanər və Əhməd Gülhanın “oyunların müəyyən səviyyənin altına düşüldüyünü" iddia edərək qrupdan ayrılandan sonra rəhbərliyə keçən Zəki Alasya-Mətin Akpınar ikilisi bu vaxtdan etibarən karyeralarını eyni adla davam etdirdi.

İlk dövrdə daha çox Haldun Tanərin yazdığı oyunları səhnələşdirən ikili zamanla müxtəlif yerli yazıçıların əsərlərini də səhnəyə çıxarmağa başladı. “Dəvəquşu Kabare”nin “Eşq Olsun”, “Bəyoğlu Bəyoğlu”, “Dəlilər”, “Dünən, bu gün”, “Reklamlar və Qadağalar” adlı oyunları əvvəl kaset, daha sonra video kaset kimi çıxarılıb satılmağa başladı.

Heqiqet.az
Вернуться назад