DataLife Engine > sosial > Deputatdan tıxaclarla bağlı SƏRT TƏLƏB

Deputatdan tıxaclarla bağlı SƏRT TƏLƏB


30-12-2021, 08:45. Разместил: heqiqet Deputatdan tıxaclarla bağlı SƏRT TƏLƏB “İndi Bakı şəhərində pik saatı anlayışı yoxdur, istənilən saatda tıxacda qalırsan”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, aidiyyatı qurumların 2022-ci ildə bu problemin necə həll olunacağını insanlara izah etməsini gözləyirik: “Biz intellektual idarəetmə əvəzinə cərimə yığma yolunu seçdik. Nə parklanma məsələsi həll oldu, nə tıxac məsələsi öz həllini tapdı. Saat 9-da işə başlayan məmur saat 7-də evdən çıxır ki, işə gecikməsin. Bakı şəhərini necə yüngülləşdirəcəyik ki, insanlar tıxacda bu qədər vaxt itirməsin?! Bu problemin həlli üçün insanlara konkret yol xəritəsi təqdim olunmalıdır. 4 saat tıxacda qalmaq iqtisadiyyata nə qədər ziyan vurur”.
Вернуться назад