Polis nişanlısının qollarını sındıran şəxsi axtarır
21-01-2022, 08:15. Разместил: heqiqet
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarovun verdiyi məlumata görə, nişanlısını döyərək qollarını sındıran şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü İsmayılova Cəmilə İsmayıl qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.
Вернуться назад