DataLife Engine > dunya > Şimali Koreya Yaponiya dənizi istiqamətində naməlum mərmi atıb

Şimali Koreya Yaponiya dənizi istiqamətində naməlum mərmi atıb


27-01-2022, 06:35. Разместил: heqiqet Şimali Koreya Yaponiya dənizi istiqamətində naməlum mərmi atıb Pxenyan daha bir naməlum mərminin buraxılışını həyata keçirib.
Xarici KİV-lərə istinadən xəbər veririk ki, mərmi Yapon dənizi istiqamətində atılıb.
Bu, Şimali Koreyanın bu il həyata keçirdiyi artıq 6-cı buraxılışıdır. Cənubi Koreya ordusunun qanadlı raket ola biləcəyinə inandığı iki mərminin sonuncu sınağı yanvarın 25-də baş tutub.
Müşahidəçilər deyirlər ki, KXDR tərəfindən qanadlı raketlərin buraxılması BMT tərəfindən qadağan edilmir, sanksiyalar ballistik texnologiyalardan istifadə edilən raket buraxılışlarına şamil edilir.
Вернуться назад