Yeni nazir müavinləri kimdir? - SİYAHI
4-02-2022, 07:48. Разместил: heqiqet
Yeni nazir müavinləri haqqında məlumatları təqdim edirik:
İlqar Qasımov - 1994-cü il tarixdə Priorov adına Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda tibb elmləri namizədliyi, 1996-cı ildən 2000-ci il tarixədək Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda doktoranturada olmuş və tibb elmləri doktoru elmi dərəcəsini almışdır. 2000-ci il tarixdən 2004-cü il tarixə kimi Moskva şəhərinin Priorov adına Moskva ETTOİ-da İri oynaqların artroplastikası və endoprotezləşdirilməsi şöbəsində baş elmi işçi vəzifəsində, 2004-2006-cı il tarixə kimi Rusiya Tibb Akademiyasının Diplomdan sonrakı Təkmilləşdirmə İnstitutunda Travmatologiya və Ortopediya kafedrasının elmi işçisi, 2006-cı il tarixdən 2017-ci il tarixədək Bakı şəhərinin bir neçə özəl klinikalarında fəaliyyət göstərib.
Nadir Zeynalov - Səhiyyə nazirliyinin aparat rəhbəri olub. O, bir müddət öncə vəzifəsindən azad edilmişdi.
Rasim İsmayılov isə Muğanbank ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. O, 2017-ci ildə işdən çıxıb. R.İsmayılov 2018-ci ilin oktyabr ayından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə baş idarəsinin rəis müavini vəzifəsində işləyib.(unikal)
Вернуться назад