Kanada hakimiyyəti etirazlara son qoymaq üçün fövqəladə vəziyyət tətbiq etməyə hazırdır
15-02-2022, 08:51. Разместил: heqiqet
Bu barədə Kanadanın baş naziri Castin Trüdo bildirib.
"Federal hökumət fövqəladə vəziyyət haqqında qanununa müraciət edəcək", - deyə o qeyd edib.
Baş nazir əlavə edib ki, bu tədbir yanvar ayında yük maşınları sürücüləri tərəfindən başladılan koronavirus məhdudiyyətlərinə qarşı etirazlara son qoymaq üçün lazımdır.
Onun sözlərinə görə, qanunun əhatə dairəsi zaman və coğrafi baxımdan məhdud olacaq. Xüsusən də o aksiyaların keçirildiyi yerlərdə tətbiq olunacaq.
Вернуться назад