Zelenski Ukraynada insanların həlak olmasına görə Qərbi təqsirləndirib
8-03-2022, 16:29. Разместил: heqiqet
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
“On üç gündür biz yalnız vədlər eşidirik. On üç gündür bizə deyirlər ki, indicə səmada kömək olacaq, təyyarələr olacaq, bizə onları verəcəklər”, - deyə Zelenski narazılıq edib.
O bildirib ki, Ukraynada insanların həlak olmasının günahı Rusiyanın üzərindədir, amma buna görə məsuliyyət o cümlədən Qərb ölkələrinin üzərinə düşür. Buna və digər baş verənlərə görə Qərbdə, oradakı hansısa kabinetlərdə zəruriliyi açıq-aydın görünən qərarlar qəbul edə bilməyənlər məsuliyyət daşıyır.
Вернуться назад