DataLife Engine > dunya > Baltikyanı ölkələrin parlamentlərinin spikerləri Ukraynanın Aİ-yə qəbul olunmasının lehinə çıxış ediblər

Baltikyanı ölkələrin parlamentlərinin spikerləri Ukraynanın Aİ-yə qəbul olunmasının lehinə çıxış ediblər


9-03-2022, 07:30. Разместил: heqiqet Baltikyanı ölkələrin parlamentlərinin spikerləri Ukraynanın Aİ-yə qəbul olunmasının lehinə çıxış ediblər Baltikyanı ölkələrin parlamentlərinin spikerləri Ukraynanın Avropa İttifaqına qəbul olunmasını dəstəkləyən bəyanatla çıxış ediblər.
Bəyanatı Latviya, Litva və Estoniya parlamentlərinin spikerləri imzalayıblar.
"Biz Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzv kimi qəbul olunması üçün rəsmi müraciətini alqışlayırıq. Ukraynanın Avropa İttifaqına üzvlük müraciətinə operativ cavab həm də Avropa İttifaqının öz həyat qabiliyyətini, təhlükəsizliyini və sabitliyini dəstəkləmək demək olacaq", - deyə bəyanatda deyilir.
Onlar öz ölkələrinin liderlərini və Aİ-nin digər dövlətlərini Ukraynanın Aİ-yə üzvlüyü üçün əməli addımlar atmağa çağırıblar.
Вернуться назад