DataLife Engine > sosial > Bayramınız mübarək, əziz xalqımız!

Bayramınız mübarək, əziz xalqımız!


15-03-2022, 13:33. Разместил: heqiqet Bayramınız mübarək, əziz xalqımız!Sücəddin Əbdülov
"Tərəqqi" medallı, Lənkəran Şəhər Uşaq Xəstəxanasının nəzdində olan Zona Uşaq Reanimasiya şöbəsində 23 il şöbə müdiri işləmiş, ali dərəcəli sertifikat almış reanimatoloq,


Müstəqil Azərbaycanımızın memarı və qurucusu, böyük öndər Heydər Əliyev hələ bundan sonra da neçə əsrlər təkcə Azərbaycana deyil, neçə-neçə millətə, dövlətə örnək ola biləcək bir siyasətçidir. Onun ideyaları hələ neçə yüzilliklər Azərbaycanın inkişaf yolunu işıqlandıracaq. İnanırıq ki, Heydər Əliyevin siyasi varisi gənc lider, hörmətli prezidentimiz İlham Əliyev xalqımızı daha xoşbəxt gələcəyə aparacaq. Ölkəmizin inkişafı üçün gördüyü misilsiz işləri daha da artıracaq.
Zəfər və Bahar bayramı münasibətilə hörmətli Prezidentimizi və xalqımızı səmimi qəlbdən təbrik edir, ona çətin və şərəfli işində daha böyük müvəffəqiyyətlər arzulayırıq.
Xalqımızın şərəfli tarixində əlamətdar günlər, bayramlar çoxdur. Bu günlərdə təm-təraqla qeyd edəcəyimiz Novruz da belə müqəddəs bayramlardandır. Novruz bayramının ümumxalq səviyyəsində təntənəli qeyd olunması, xalqın adət-ənənəsinin özünə qaytarılması milli oyanışımızın təcəssümüdür. Hər il bu günü səbirsizliklə gözləyirik.
Tanrı bizə və ölkəmizin başçısı İlham Əliyevə kömək olsun!

Вернуться назад