TBMM sədri: "Türkiyə yenidən Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır"
16-03-2022, 09:09. Разместил: heqiqet
Habertürk”ə istinadən xəbər veririk ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.
“Rusiyanın Ukraynaya hücumu qəbuledilməzdir. Hücumların dayandırılması üçün təşəbbüs göstəririk. Bu müharibənin qalibi olmayacaq. Əksinə, xalqlar itirəcək. Axan qanın, göz yaşının dayandırılması hər birimizin prioritetidir. Bunun üçün atəşkəsin təmin olunmasına çalışırıq. Belarusda baş tutan müzakirələri də dəstəkləyirik. Dediyim kimi, yeganə hədəfimiz sülh və sabitlikdir”, - bildirib.
Вернуться назад