Milli-mənəvi birlik bayramı - Novruz
18-03-2022, 12:13. Разместил: heqiqet
Müasir Azərbaycanın qlobal dünyanın siyasi labirintlərində etibarlı milli yol xəritəsini cızmış Ümummilli liderin bu sözləri milli ideologiyamızın təməl daşlarını, Azərbaycan insanının canı və qanı bahasına qurduğu dövləti necə qoruyub saxlaması haqqında fəaliyyət proqramının başlıca qayəsini təşkil edir. Bu anlamda, Novruz bayramının bizi “sevindirməsi” Azərbaycan xalqının milli dəyərlərlə yaşaması, “həvəsləndirməsi” milli dəyərlərdən güc alması, “birləşdirməsi” bir xalq kimi məhz milli dəyərlər əsasında təşkil olunması deməkdir.
Prezident İlham Əliyevin Azərbaycan xalqına Novruz təbrikində də bu bayramın bizim üçün hansı əhəmiyyət kəsb etməsi öz əksini tapıb. Bu bayramı müqəddəs milli irs hesab edən dövlət başçısı demişdir ki, “Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır... Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim milli mədəniyyətimiz, tariximiz - bütün bunlar Azərbaycan xalqını qorumuşdur. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq”.
Göründüyü kimi, möhtərəm Prezident Novruz bayramını birmənalı şəkildə milli xüsusiyyətlərin - milli varlığın qorunma vasitəsi hesab edir. Bu yanaşma çağdaş Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir. Azərbaycanın təşəbbüsü ilə BMT-nin bir müddət əvvəl 21 martı Beynəlxalq Novruz Günü elan etməsi də bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verildiyinə dəlalət edir.
Biz Azərbaycan xalqı olaraq Novruz bayramına dövlətin verdiyi dəyər və önəmi doğru-düzgün qiymətləndirməli, ona milli dövlət quruculuğumuzda hər bir vətəndaşın yaxından iştirakı üçün verilmiş milli quruculuq töhfəsi kimi yanaşmalıyıq. Çünki xalqımızın mənəvi mədəniyyətinin, etnik-mifoloji keyfiyyətinin müəyyənləşdirilməsində, bu xalqın qədim mifik görüşlərindən tutmuş, adət-ənənəsi, həyat haqqında düşüncələri barədə aydın təsəvvürlər əldə edilməsində Novruzun rolu olduqca əhəmiyyətli və əvəzsizdir. Dünyanın bir çox xalqları və türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ümummilli universalizmini təmin edən mexanizm məhz Novruz bayramıdır.
Novruz mərasim kompleksində əsas olan 4 çərşənbə insanın dörd ünsürdən yaradılması haqqında dini-mifik görüşlərini simvollaşdırır və öz mahiyyəti etibarilə ilkin yaradılış dialektikasını işarələyir: Su çərşənbəsi. Məlumdur ki, istər qədim türk, istərsə də islami yaradılış haqqında görüşlərdə su ən əsas ünsürdür. Hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur. Əslində, Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın yaradılış prosesinin ilkin mərhələsinin qeyd olunmasıdır.
Novruz şənlikləri təkcə Azərbaycanda deyil, soydaşlarımızın yaşadıqları ən müxtəlif xarici ölkələrdə geniş qeyd edilir. Bu mərasimlərdə yaranan xoş ünsiyyət onları bir-biri ilə sıx şəkildə bağlayır, hər bir soydaşımıza milli mənlik şüurunu, azərbaycançılıq hisslərini və duyğularını gücləndirir. Novruz bayramı azərbaycanlıları Vətənə, ata-baba yurdları Azərbaycana, milli köklərə daha sıx bağlayır. Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərin layiqli siyasi varisi kimi milli-mənəvi dəyərlərin, mütərəqqi adət-ənənələrin cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, bu sıradan da xalqın milli bayramı olan Novruzun yüksək səviyyədə qeyd olunmasına çalışır. Hər il Novruz bayramı münasibətilə xalqımıza təbrik ünvanlayan dövlət başçısı vətəndaşlarımızı səmimi qəlbdən təbrik edir, onlara xoş arzu və niyyətlərini bildirir. Bu özlüyündə dövlətin Novruza - mənəvi birlik bayramına olan həssas yanaşmasının nümunəsidir.
Tarix boyu zəhmət və halallıqla yaşayan xalqımız Novruzun gəlişini ruzi-bərəkət qapısının açılması kimi intizarla gözləmiş, bütün cismi və ruhu ilə onun həsrətində olmuşdur. Min illəri haqlayan Novruz intizarı milli mənəviyyatımızın simvoluna çevrilərək, Azərbaycan xalqını dünyada insanın, təbiətin vurğunu kimi tanıtmışdır.
Möhtərəm Ali Baş Komandanımız cənab İlham Əliyevi Novruz bayramı münacibətilə ürəkdən təbrik edir, bizə yaşatdıgı möhtəşəm Zəfərə görə dərin təşəkkürümü bildirirəm.
Вернуться назад