DataLife Engine > dunya > Üç ölkənin səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Üç ölkənin səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb


29-03-2022, 11:15. Разместил: heqiqet Üç ölkənin səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb Latviya, Litva və Estoniya səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Baltikyanı ölkələrin səfirlərinin çağırılması həmin ölkələrdən bir sıra rusiyalı diplomatın çıxarılması qərarı ilə əlaqədar olub.
Qeyd edək ki, martın 18-də Latviya və Estoniya üç diplomatın, Litva isə dörd diplomatın ölkədən çıxarılacağını elan etmişdi.
Bundan başqa, Polşa, Şimali Makedoniya və bir sıra digər ölkələr Rusiya səfirliklərinin bir sıra əməkdaşlarını arzuolunmaz şəxs elan edib.
Вернуться назад