İstixanada narkotik yetişdirən şəxs saxlanılıb
29-03-2022, 11:17. Разместил: heqiqet
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, onun Hövsan qəsəbəsində həyətindəki istixanadan xüsusi olaraq əkib-becərdiyi yaş halda çəkisi 10 kiloqram olan 51 ədəd çətənə kolu və satmaq üçün kibrit qutularında qablaşdırdığı çəkisi 2 kiloqram olan marixuana aşkar edilib.Mahir Rəfiyev narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkib-becərdiyini bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində 30-cu Polis Şöbəsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib. Mahir Rəfiyevin ətrafında əməliyyat tədbirləri davam etdirilir.
Вернуться назад