Heydər Əliyev Beynəlxalq Aeroportu bütün beynəlxalq aviaşirkətlər üçün açıqdır - direktor müavini
1-04-2022, 05:05. Разместил: heqiqet
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Elnur Zülfiqarov ilk "FlyArystan" reysinin açılmasına həsr olunan mətbuat konfransında deyib
Onun sözlərinə görə, ölkəmiz bütün aviaşirkətlərini ölkəyə qəbul etməyə hazırdır:
"Bugünkü ilk "FlyArystan" reysinin 2020-ci ilin martında başlaması planlaşdırılırdı, lakin pandemiya səbəbindən təxirə salınıb. Aşağı büdcəli şirkətlər tərəfindən uçuşların açılması vətəndaşlarımıza əlverişli qiymətlərlə uçmağa imkan verəcək".
O xatırladıb ki, aprelin 5-dən Azərbaycanın “Buta Airways” loukoster aviaşirkəti Bakı-Aktau-Bakı marşrutu üzrə müntəzəm reyslər həyata keçirməyə başlayır.
Вернуться назад