Azərbaycan nefti bahalaşıb
5-04-2022, 06:40. Разместил: heqiqet
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 110,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,32 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 108,73 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,3 dollar/barel çoxdur.
Вернуться назад