Avstraliya Rusiyanın bir sıra şirkətlərinə qarşı sanksiyalar tətbiq edib
14-04-2022, 08:20. Разместил: heqiqet
Bu barədə Avstraliya Xarici İşlər Nazirliyi bildirib.
"Avstraliya hökuməti Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən 14 Rusiyanın dövlət müəssisəsinə qarşı məqsədyönlü maliyyə sanksiyaları tətbiq edib", - deyə qeyd olunub.
Sanksiya siyahısına "KAMAZ", "Qazprom", "Qazprom Neft", "Transneft", "Rostelekom", "Rusqidro", "Sevmaş" və "Birləşmiş Gəmiqayırma Korporasiyası", "Roselektronika" holdinqi, Rusiya Dəmir Yolları, "Novorossiysk Dəniz Ticarət Limanı", "ALROSA", "Sogaz" və "Sovkomflot" şirkətləri daxil olub.
Вернуться назад