Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində təmsil olunacaq
19-04-2022, 06:52. Разместил: heqiqet
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesindəki Azərbaycan pavilyonu “Sevmək üçün doğulanlar” (“Born to love”) mövzusunda tərtib olunub.
Venesiyanın mərkəzi Müqəddəs Mark Meydanındakı qədim “Procuratie Vecchie” binasında aprelin 21-də açılacaq milli pavilyonda Azərbaycandan olan 7 rəssam - Juk (Nərmin İsrafilova), İnfinity, Ramina Səadatxan, Fidan Kim (Novruzova), Fidan Axundova, Sabiha Xankişiyeva, Ağdes Bağırzadənin əsərləri təqdim olunacaq. Milli pavilyonda müasir incəsənət üzrə 7 rəssam müasir texnika və üsullarla mövzu üzrə ideyalarını, eyni zamanda ölkəmizin zəngin mədəni və tarixi xüsusiyyətlərini izləyicilərə çatdıracaq.
Biennale noyabrın 27- dək davam edəcək.
Вернуться назад