DataLife Engine > dunya > Yaponiyada kruiz gəmisinin batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Yaponiyada kruiz gəmisinin batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb


29-04-2022, 11:11. Разместил: heqiqet Yaponiyada kruiz gəmisinin batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb Həftə sonu Yaponiyanın şimalında, Hokkaydo sahillərində KAZU 1 kruiz gəmisinin batması nəticəsində azı 14 nəfər həlak olub.
Bu barədə yerli NHK telekanalı məlumat yayıb.
Bundan əvvəl hadisə nəticəsində ölənlərin sayının 11 olduğu bildirilirdi.
Xatırldaq ki, aprelin 23-ü KAZU 1 kruiz gəmisindən batma haqqında siqnal daxil olub. Hadisə zamanı gəminin göyərtəsində ikisi azyaşlı olmaqla 24 sərnişin, kapitan və onun köməkçisi olub. Axtarış əməliyyatına Sahil Mühafizəsi və Yaponiya Özünümüdafiə Qüvvələri cəlb olunub.
Bundan əlavə, baş verənlərlə bağlı hökumət başçısının aparatı yanında məlumatların toplanması və təhlili üçün böhran qərargahı yaradılıb.
Вернуться назад