DataLife Engine > siyaset / gundem > Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində həyata keçirdiyi təcavüzkarlıq siyasətini faktlarla işfa etdi

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində həyata keçirdiyi təcavüzkarlıq siyasətini faktlarla işfa etdi


5-05-2022, 07:56. Разместил: heqiqet Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində həyata keçirdiyi təcavüzkarlıq siyasətini faktlarla işfa etdi Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində həyata keçirdiyi təcavüzkarlıq siyasətini faktlarla işfa etdi, erməni vandalizminin təzahürlərini diqqətə çatdırdı, həmçinin bir sıra hallara özünü büruzə verən beynəlxalq ikili standartlardan da danışdı: - Bu konfrans eyni zamanda Azərbaycanın Vətən müharibəsindən sonrakı müddət ərzində qalib ölkə kimi regionda sülhü və əməkdaşlığı təşviq etməsi barədə konkret mövqeyini də ortaya qoyub. Heç şübhəsiz ki, Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi, bu istiqamətdə təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu mənada, hazırda vəziyyət belədir ki, Ermənistan Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün təklif etdiyi 5 prinsipi qəbul edib və bunlar Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Ona görə də, Ermənistan bundan sonra da daha rasional düşünməli, Azərbaycanın sülh və əməkdaşlıq çağırışlarına müsbət cavab verməlidir. Belə olacağı təqdirdə Ermənistan siyasi və iqtisadi dalandan çıxa, regional inkişaf proseslərinin bir hissəsinə çevrilə bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq.
“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda ölkə Prezidenti İlham Əliyevin ona ünvanlanan sualları dünya səviyyəli, nüfuzlu, dünyada gedən prosesləri dərindən bilən, yüksək intellekt və dərin analitik təfəkkürə malik siyasətçi kimi, əsl liderə xas olan xüsusiyyətlər əsasında cavablandırması dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Tarixi Zəfərimizin yaratdığı reallıqlar bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasını bir zərurət kimi ortaya qoyur ki, bu da öz növbəsində dayanaqlı sülhün və təhlükəsizliyin təminatında vacib amillərdən biridir. Qalib Azərbaycanın yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxışı, həmçinin bölgənin gələcəyi ilə bağlı konkret fikirlərini səsləndirməsi, hazırda gündəmdə olan sülh müqaviləsinin imzalanmasında göstərdiyi səylər təbii ki, təqdir olunur. Azərbaycan hər zaman regionda sülhün, təhlükəsizliyin tərəfdarı olub, bunu region və qonşu dövlətlərlə əlaqələrini inkişaf etdirməklə, yeni təşəbbüslər irəli sürüb onların reallaşması istiqamətində atdığı addımları ilə təsdiqləyib və təsdiqləməkdədir. Konfrans iştirakçıları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarını, liderliyini, ölkədə və dünyada gedən proseslərlə bağlı məlumatlılıq səviyyəsini, onları təhlil etmək bacarığını önə çəkərək Azərbaycanın bu günü və gələcəyi ilə bağlı planlarını yüksək dəyərləndirdilər. Bu rəylər ölkəmizə xaricdən baxışın yüksək səviyyədə olduğunu nümayiş etdirməklə yanaşı, görülən işlərin diqqətlə izlənildiyini də təsdiqləyir. Nəzərə alsaq ki, konfransın iştirakçıları əsasən dünyanın tanınmış intellektual təbəqəsini təmsil edirdilər, bu halda onların daha dolğun məlumatları əldə etmələri həqiqətlərimzin təbliğinə böyük töhfə olacaq. Dövlət başçısı İlham Əliyev bir daha bildirmişdir ki, Qafqazda yeni sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edirik. Əgər sülh müqaviləsi imzalanarsa və təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır.”
Konfransda Prezident İlham Əliyev xüsusi olaraq Azərbaycanın polietnik ölkə olmasına diqqət çəkib və Qarabağda yaşayan ermənilərin vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz, rahat hiss edə biləcəklərini aydın şəkildə ifadə etdi. Prezident Azərbaycanın Türkiyə, Rusiya, Fransa, Avropa İttifaqı, Çin və başqa ölkələrə münasibətdə mövqeyini, əməkdaşlıq əlaqələrini, bu istiqamətlərdə perspektiv düşüncələrini, eləcə də Zəngəzur dəhlizi barədə də fikirlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. .
Azərbaycanın müstəqil xarici siyasəti xalqın milli maraqlarına əsaslanır və mühüm nailiyyətlərin əldə olunmasına yönəlib: “Regionda təhlükəsizliyə və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından yanaşan Azərbaycanın qardaş Türkiyə ilə müttəfiqliyini təsdiqləyən Şuşa Bəyannaməsinin imzalanması ölkələr arasıda əməkdaşlıq və qardaşlığın mahiyyətini əks etdirir. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Azərbaycanın strateji maraqlarına əsaslanır. Tarixi Zəfərimizin yaratdığı yeni reallıqların qəbulu istiqamətində ölkəmizin göstərdiyi səylər öz müsbət nəticəsini verir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində Avropa İttifaqının rolu yüksək qiymətləndirilir.”
Dövlət başçısı regionun gələcəyi ilə bağlı Azərbaycanın planlarını açıqladı. Həmin planlar əsasında 10 ildən sonrakı mənzərəni təqdim etdi. Azərbaycanın 10 ildən sonra daha güclü olacağına, həmin vaxta qədər Ermənistanla olan anlaşılmazlıqların və problemlərin öz həllini tapacağına, üç Cənubi Qafqaz ölkəsi arasında əməkdaşlıq əlaqələrinin inkişaf edəcəyinə əminlik ifadə edilmişdir.
Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində təcrübəsi bütün ölkələr üçün əhəmiyyətlidir: - Əsas prinsiplər heç vaxt işğalla barışmamaq, öz imkanlarına arxalanmaq və beynəlxalq təşkilatların qətnamə və qərarlarına güvənməməkdir. Azərbaycan bütün münaqişələrin həllində ədaləti və beynəlxalq hüququn prinsiplərini əsas tutub, onların zamana və məkana görə, yəni ikili standartlara əsaslanan yanaşmalar əsasında tətbiqinin əleyhinə olub. Bu prinsiplərin tətbiqi üçün vahid mexanizmin olması əsas çağırışlar sırasındadır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin şəxsi heyəti qarşısındakı nitqində də hazırda bölgədə vəziyyətin tam fərqli olduğunu bildirib. Azərbaycan qalib ölkə, xalqımız müzəffər xalq kimi öz gücünü artırır. Tarixi ədalət bərpa edildi. Hədəflər sırasında ordu quruculuğu xüsusi önə çəkilir. Bunun üçün əsaslar vardı. Çünki Ermənistanda bu gün də revanşist qüvvələr baş qaldırır, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edənlər var. Azərbaycan Ordusu daha da güclənir. Bu gün ordumuz müharibə dövründəki ordumuzdan daha da güclüdür, daha da qüdrətlidir.
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində həyata keçirdiyi təcavüzkarlıq siyasətini faktlarla işfa etdi


Elvina Xasməmmədova,
"Azərbaycan xanımı"
jurnalının baş redaktoru,
"Qızıl qələm" mükafatı laureatı

Вернуться назад