Türkiyə ordusu Suriyada 10 terrorçunu zərərsizləşdirib
11-05-2022, 11:45. Разместил: heqiqet
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd olunur ki, hərbçilər hücum hazırlığında olan silahlı qruplaşmanın qarşısını alıb.
Eyni zamanda, Türkiyənin İraqın şimalında həyata keçirdiyi "Pəncə Kilid" əməliyyatında türkiyəli hərbçilər bazalara zərbə endirmək üçün nəzərdə tutulmuş və partlayıcı maddələrlə yüklənmiş uçuş aparatını zərərsizləşdirib.
Hər iki bölgədə antiterror əməliyyatları davam etdirilir.
Вернуться назад