DataLife Engine > iqtisadiyyat > Bu il ixrac edilən neft və qazın həcmi açıqlanıb

Bu il ixrac edilən neft və qazın həcmi açıqlanıb


12-05-2022, 06:23. Разместил: heqiqet Bu il ixrac edilən neft və qazın həcmi açıqlanıb Bu ilin 4 ayında operativ məlumatlara əsasən hasil edilmiş 11.1 milyon ton neftin 9 mln. tonu ixraca nəql edilib.
Bunu energetika naziri Pərviz Şahbazov "Twitter" səhifəsində bildirib.
"Ötən ilin eyni dövrü ilə müqayisədə 14.4 faiz artımla hasil edilmiş 15.7 milyard kubmetr qazın 7,6 milyard kubmetri ixrac olunub.
Yanvar-aprel aylarında ötən ilin eyni dövrünə nisbətən qaz ixracı 17.4 faiz çox olub. İxracın 46 faizi Avropanın, 38 faizi Türkiyənin, 16 faizi Gürcüstanın payına düşüb", - deyə nazir əlavə edib.
Вернуться назад