DataLife Engine > dunya > Çində sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxaraq yanıb, xəsarət alanlar var

Çində sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxaraq yanıb, xəsarət alanlar var


12-05-2022, 06:27. Разместил: heqiqet Çində sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxaraq yanıb, xəsarət alanlar var Çinin cənub-qərbindəki Çonqinq şəhərinin hava limanında göyərtəsində 122 nəfərin olduğu "Tibet Airlines" şirkətinə məxsus təyyarə uçuş-enmə zolağından çıxaraq alovlanıb.
Yerli KİV-lərə istinadla xəbər veririk ki, "Airbus A319" model təyyarənin göyərtəsində 113 sərnişin və 9 ekipaj üzvü olub.
Hadisənin baş verdiyi Jiangbei Beynəlxalq Hava Limanının məlumatına görə, təyyarənin göyərtəsində olan 122 nəfər təxliyyə edilib.
Onların arasına 40 nəfərdən çox yüngül xəsarət alanların olduğu bildirilir.
Вернуться назад