Övladını xilas etmək istəyən gənc qadını avtomobil vurub
16-05-2022, 06:00. Разместил: heqiqet
Hadisə Sülh prospektində baş verib.
Şahidlərin bildirdiyinə görə qadın, qəflətən avtomobil yoluna çıxan uşağını xilas edərkən, onu “BMW” markalı maşın vurub. Nəticədə baş nahiyəsindən xəsarət alan piyada xəstəxanaya çatdırılıb.
Zərərçəkmişin vəziyyətinin ağır olduğu bildirilir.
Вернуться назад