Şabranda körpələr evi-uşaq bağçası ilə bağlı məlumatlar araşdırılır - Təhsil Nazirliyi
26-05-2022, 06:54. Разместил: heqiqet
Bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara keyfiyyətsiz verilən qida ilə bağlı fotolar yayılıb.
Вернуться назад