Türkiyədə işçiləri aparan mikroavtobus qəzaya uğrayıb, yaralılar var
27-05-2022, 08:04. Разместил: heqiqet
Hadisə nəticəsində 11 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Qəza İstanbulun Ümraniye rayonunda qeydə alınıb.
İlkin məlumatlara əsasən, avtobusda nasazlıq yarandığı üçün sürücü idarəetməni itirib və yolun kənarında dayanan yük maşınına çırpılıb.
Yaralı işçilər xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Вернуться назад