UEFA Millətlər Liqası: Belarus - Azərbaycan oyununda hesab açılmayıb
7-06-2022, 06:48. Разместил: heqiqet
Komandamız Serbiyada Belarus millisi ilə qarşılaşıb.
Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib – 0:0.
İsveçli baş hakim Məhəmməd Əl-Hakimin idarə etdiyi oyunda millimiz azlıqda qalıb. Belə ki, baş hakim kobud oyuna görə Qismət Əliyevə qırmızı vərəqə göstərərək meydandan kənarlaşdırıb. Qrupun digər oyununda isə Qazaxıstan komandası Slovakiya millisinə 1:0 hesabı ilə qalib.
Qeyd edək ki, Azərbaycan yığması birinci turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub. Belarus kollektivi isə Serbiyada Slovakiyaya minimal hesabla yenilib - 0:1.
Вернуться назад