Azərbaycan nefti dörd dollardan çox bahalaşıb
15-06-2022, 06:13. Разместил: heqiqet
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 132,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,6 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 90,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,8 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 132,06 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,09 dollar/barel çoxdur.
Вернуться назад