Kolumbiyada torpaq sürüşməsi nəticəsində azı 8 nəfər ölüb
20-06-2022, 05:40. Разместил: heqiqet
"Sinxua" agentliyinə istinadla xəbər veririk ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
"Paez bələdiyyəsindən təxminən 6 km aralıda yerləşən əraziyə çatmaqda xeyli çətinliklər yaranıb. Yolun müxtəlif hissələrində sürüşmə baş verib və bələdiyyənin müvafiq xilasetmə texnikası yoxdur", - rısmi mənbədən bildirilib.
Torpaq sürüşməsinə bu mövsüm ölkənin əksər ərazilərində müşahidə olunan güclü yağışlar səbəb olub.
Xilasedicilər dağıntılar altından qurbanların qalıqlarını çıxarmaq üçün müvafiq təsbirlər görürlər.
Вернуться назад