Xırdalanda ata oğlunu qətlə yetirib
20-06-2022, 05:42. Разместил: heqiqet
Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1967-ci il təvəllüdlü Etibar İbadovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı İlkin İbadova bıçaqla xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Etibar İbadov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Вернуться назад