Azərbaycan yeni logistika və istehsal imkanlarından istifadə etməldir - Dmitri Pankin
24-06-2022, 07:12. Разместил: heqiqet
Bunu Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda QDTİB-nin Prezidenti Dmitri Pankin deyib.
D.Pankin bildirib ki, bu gün geosiyasi vəziyyət gərgindir. Rusiya-Ukrayna məsələsi Azərbaycan qarşısında da logistika və digər məsələlərdə çətinliklər yaradır. O bildirib ki, Azərbaycan yeni logistika və istehsal imkanlarından istifadə etməldir.
“Azərbaycan kifayət qədər zəngin dövlətdir, ancaq bizə əlavə təcrübələr lazımdır ki, onlar əsasında layihələr hazırlaya bilək”, - deyə o bildirib.
Вернуться назад