DataLife Engine > siyaset / gundem > Doğum gününüz mübarək, Mehriban xanım!

Doğum gününüz mübarək, Mehriban xanım!


24-08-2022, 16:17. Разместил: heqiqet Doğum gününüz mübarək, Mehriban xanım!Müharibə bitdikdən sonra Ali Baş Komandanımızın ailə üzvləri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad olunmuş bölgələrə səfərləri, bu səfərlər zamanı İlham Əliyevin, Mehriban xanımın səmimi dialoqları, sözlərində, gözlərində, jest və hərəkətlərində olan sevinc, qürur hər bir azərbaycanlının yaddaşına Böyük Qayıdışın rəzmi kimi əbədi həkk olundu, Lider-xalq birliyini daha da möhkəmləndirdi və sarsılmaz etdi. İşğaldan azad olunan Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın rayonlarına və bu səfərlərin kuliminasiya nöqtəsi olan Şuşa şəhərinə səfərlər zamanı Ali Baş Komandanımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir müsəlman üçün əziz və müqəddəs olan dini məbədlərimizə, daha doğrusu işğalçı erməni vandallarının simasını və İslam dininə olan düşmənçiliyinin nümunəsi olan dağıdılmış məscidlərimizə, ibadətgahlarımıza ziyarətləri xüsusi qeyd olunmalıdır. Azərbaycanın viran qoyulmuş torpaqlarına səfərləri zamanı yolboyu törədilmiş vəhşilik, barbarlıq,vandalizm nümunələrini, dağıdılmış kəndlərin, evlərincanlıkadrlarını dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətinə təqdim edən Ali Baş Komandanımız erməni vəhşiliyini vəonların işğalçı, faşist xislətinibir daha ifşa etdi. Erməni vandalları tərəfindən viran qoyulmuş Azərbaycan torpaqlarında bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi, Heydər Əliyev Fondunun iştirakı ilə möhtəşəm yenidənqurma, bərpa, tikinti-quruculuq işləri aparılır və ən müəsir tələblərə cavab verən infrastruktur yaradılır. Çox qısa zamanda işğaldan azad olunan ata-baba yurdlarımızda xalqımızın tarixi, mədəni, dini irsi ən yüksək səviyyədə, milli ruhumuza uyğun bərpa olunacaq və o torpaqlar əsl cənnət məkanına çevriləcəkdir.
Azərbaycan xalqı, böyük Türk dünyası və bütün dünya Azərbaycanın 44 günlük Vətən müharibəsindəki parlaq qələbəsindən sonra misilsiz tarixi hadisələrə, ölkəmizdə gedən möhtəşəm milli dirçəliş dövrünə, bir millətin, xalqın öz tarixi, mədəniyyəti ilə birlikdə ata-baba torpaqlarına addım-addım Böyük Qayıdışına şahidlik edir. Prezident,Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin şücaəti, mərdliyi, mətanəti, fədakarlığı, ən əsası isə ürəklərindəki müqəddəs Vətən sevgisi və qələbə ruhu nəticəsində 44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq Qarabağ Zəfəri, düşmən tapdağı altında olan Vətən torpaqlarının işğaldanazad olunması, ərazi bütövlüyümüzün, dövlət sərhədlərimizin bərpası ilə nəticələndi.
Xalqımız haqlı olaraq Prezidentmiz, Ali Baş Komandanımız İlham Əliyevlə və ölkə başçısının ən yaxın və etibarlı silahdaşı, qayğıkeş ana, xeyriyyəçi, yüksək idarəçilik mədəniyyətinə malik rəhbər və cəmiyyətimizdə xüsusi yanaşma tələb edən ən həssas məsələləri yüksək diqqət və qayğı ilə həll edən dövlət xadimi kimi böyük məhəbbət və rəğbət qazanan Birinci vitse-prezident Mehriban xanımla, güclü, müstəqil, məğrur və qüdrətli Azərbaycan dövlətimizlə fəxr edir. Mehriban xanım Əliyevanın Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edən genişmiqyaslı və çoxşaxəli fəaliyyəti bizim üçün ikiqat fərəhlidir.
Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir, uzun ömür, möhkəm can sağlığı arzulayram. Doğum gününüz mübarək, Mehriban xanım!
Doğum gününüz mübarək, Mehriban xanım!

Samirə Musayeva,
233 nömrəli tam orta məktəbin biologiya müəllimi, biologiya üzrə fəlsəfə doktoru
Вернуться назад