Bu yay Pakistanda daşqınlar nəticəsində 903 nəfər ölüb
25-08-2022, 05:04. Разместил: heqiqet
Bu barədə "CNN" telekanalına Pakistanın İqlim Dəyişiklikləri Məsələləri üzrə Naziri Şerri Rehman bildirib.
Onun sözlərinə görə, minlərlə insan evsiz və yeməksiz qalıb. "Bu, böyük humanitar fəlakətdir", - deyə nazir əlavə edib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, 3000 km-ə yaxın yol və 129 körpü zədələnib, ciddi ziyan dəymiş ərazilərə giriş bağlanıb, 500 mindən çox mal-qara tələf olub.
Вернуться назад