Azərbaycan cəmiyyətinin şansıdır ki, Mehriban Əliyeva kimi xadimi, Birinci vitse-prezidenti var
25-08-2022, 19:53. Разместил: heqiqet
2004-cü il 10 may tarixində onun təşəbbüsü ilə təsis olunan Heydər Əliyev Fondu zəngin dünyəvi dəyərə malik maddi və mənəvi irsimiz olan Azərbaycanın tarixi sərvəti, bəşəri irsə verdiyi ən böyük töhfəsidir.
Heydər Əliyev Fondu məqsədyönlü fəaliyyəti ilə hər zaman xalqımızın milli-mənəvi dəyərlərini, tarixi kimliyimizi, milli özünəməxsusluğumuzu qoruyub saxlayan, həmçinin gələcək nəsillərə ötürməyi bacaran daima təhsilin, elmin, milli-mənəvi dəyərlərin böyük qoruyucusu olan Ulu Öndər Heydər Əliyevin idealogiyalarını davam etdirir və bu amala sadiqliyini nümayiş etdirir. Əldə olunan uğurlarda isə Fondun prezidenti Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın rolu əvəzsizdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyevin Fondunun prezidenti, YAP Sədrinin birinci müavini, UNESCO və lSESCO - nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın geniş və çoxşaxəli fəaliyyəti beynəlxalq arenada yüksək qiymətləndirilir, həyata keçirdiyi layihələr ölkə hüdudları ilə məhdudlaşmayıb ümumbəşəri mahiyyəti ilə də diqqəti cəlb edir və Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır.
Xeyriyyəçilik, şəfqət, yaradıcılıq və humanizm Mehriban xanımın adı ilə vəhdət təşkil edir. Onun mərhəmət və humanizmi sərhəd və məhdudiyyət tanımır və insanpərvərliyin bir ideya, ehtiyacı olana konkret yardımın isə bir mexanizm kimi vəhdətinin yeganə vasitə olduğunu ən müxtəlif məzmunda və miqyasda həyata keçirdiyi layihələrlə sübut edir.
Mehriban xanım Əliyeva bu gün valideyn himayəsindən məhrum uşaqların mənəvi anası, dərdli şəhid analarının dayağıdır. O xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini, zamanını təmənnasız olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir.
Taleyin böyük xoşbəxtliyidir ki, Azərbaycan xalqının Mehriban Əliyeva kimi övladı, Azərbaycan cəmiyyətinin şansıdır ki, Mehriban Əliyeva kimi xadimi, müstəqil Azərbaycan dövlətinin uğurudur ki, Mehriban Əliyeva kimi Birinci vitse-prezidenti vardır. Mehriban xanım bir ana, həyat yoldaşı, ictimai fəal, mənəvi-əxlaqi dəyər təmsilçisi və dövlət idarəçiliyində yüksək vəzifə sahibi kimi bir nümunədir.
Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır.
44 günlük Vətən müharibəsi dönəmində Mehriban xanım bir ana, qadın, Birinci xanım, Birinci vitse-prezident kimi ölkə başçısının, şəhid analarının, qazilərimizin yanında oldu və əsl Azərbaycan qadınının nümunəsini, iradəsini və qətiyyətini bütün dünyaya nümayiş etdirdi.
Mehriban xanım, doğum gününüz mübarək, Allah Sizi qorusun!
Reyhanə Sadıxova,
H.Əliyev Mərkəzinin direktoru, Lənkəran Dövlət Universitetinin müəlliməsi, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar institunun dissertantı
Вернуться назад