AHİK Şuşa şəhərində konfrans keçirib
2-09-2022, 13:27. Разместил: heqiqet
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev konfransda məruzə ilə çıxış edib. Sədr çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin ali sərkərdəliyi ilə qazanılmış 44 günlük müharibənin tarixi Qələbəsi, Şuşa şəhərində aparılan geniş miqyaslı bərpa-quruculuq işləri, Qarabağın yenidən qurulması, Laçının azad edilməsi və başqa mühim məsələlərdən danışılmışdır. Sonra çıxış edənlərdən Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Vüsal Quliyev, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqıRespublika KomitəsininsədriFəzail Bağırov, AzərbaycanMilli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədriHabil Qurbanov və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Cavid Məmmədov bu mühim tədbirlə bağlı öz fikirlərini bildirdilər.
Tədbirin sonunda AHİK Şuşa konfransı iştirakçılarının Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevə müraciəti qəbul edilmişdir.
İctimaiyyətə ətraflı məlumat veriləcək.
Вернуться назад